"Azərreyl" uduzdu, "Abşeron" vahid lider oldu - YENİLƏNİB
25.01.2022 - 19:55
"Azərreyl" uduzdu, "Abşeron" vahid lider oldu - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun matçları keçirilib. 

Apasport.az saytının məlumatına görə, hava şəraiti ilə bağlı təxirə salınan oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub. 

I dövrənin son oyun gününün ilk qarşılaşmasında “Azərreyl”lə “Abşeron” üz-üzə gəlib. Liderlərin duelində asan qələbə qazanan Eldar Yusubovun yetirmələri dövrənin qalibi olmaqla yanaşı, çempionatın vahid liderinə çevrilib. 

Ardınca UNEC “Murov”u sınağa çəkib. Autsayderlərun mübarizəsində "tələbələr" qələbə qazanıb. Onlar tay-brekdə qalib gəlməklə, həm xal hesabını açıblar, həm də 3-cü pillədəki yerlərini möhkəmlədiblər. “Murov” da 2 set hesabına 1 xala sevinsə də, dövrəni son pillədə başa vurub. 

II tur, təxirə salınan oyunlar
25 yanvar
16:00. “Azərreyl” - “Abşeron” - 0:3 (19:25, 22:25, 17:25)

AVF-nin idman zalı

18:00. UNEC - “Murov” - 3:2 (28:26, 9:25, 25:15, 16:25, 15:10)
AVF-nin idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

3

3

0

9-0

226-162

9

2

Azərreyl

3

2

1

6-4

229-208

6

3

UNEC

3

1

2

4-8

214-270

2

4

Murov

3

0

3

2-9

217-246

1

0