"Azərreyl" uduzdu, “Murov” mövqeyini qorudu - YENİLƏNİB
01.03.2022 - 21:03
"Azərreyl" uduzdu, “Murov” mövqeyini qorudu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında təxirə salınmış VIII turun oyunları keçirilib.

Apasport.az saytı xəbər verir ki, Voleybol Federasiyasının idman zalının meydanına öncə “Abşeron”la “Azərreyl” çıxıb. Liderlərin duelinin taleyi üç setdə həll olunub.

Əvvəlki 8 matçda olduğu kimi yenə rəqibinə xal verməyən Eldar Yusubovun yetirmələri ardıcıl 9-cu qələbəsini qazanıb. Bu, abşeronlulara qızıl medallar qazandırıb. Paytaxt təmsilçisi mövsümün sonuncu IV dövrəsi ərəfəsində çempionluğu təmin edib.

Günün ikinci görüşü üçüncü yer baxımından önəm daşıyır. Bu matçda “Murov”la UNEC üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın qalibi tay-brekdə müəyyənləşib. "Murov" çətinliklə də olsa, "tələbələr"i məğlub edib

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmır.

Super Liqa
VIII tur
1 mart
16:00. “Azərreyl” –“Abşeron” - 0:3 (16:25, 21:25, 16:25)

Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. UNEC - “Murov” - 2:3 (25:21, 16:25, 16:25, 28:26, 11:15)
Azərbaycan Voleybol Federasiyasının idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

9

9

0

27-3

740-551

27

2

Azərreyl

9

4

5

17-18

768-757

14

3

Murov

9

3

6

13-22

754-770

8

4

UNEC

9

2

7

11-25

651-835

5

0