“Azərreyl” və "Abşeron" qalib gəldi
18.02.2022 - 19:41
“Azərreyl” və "Abşeron" qalib gəldi

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrəyə start verilib.

Apasport.az saytının məlumatına görə, VII tur çərçivəsində iki matç baş tutub.

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunun. Günə ikincilik uğrunda mübarizə aparanların dueli ilə start verilib. “Azərreyl” 3:1 hesabı ilə qalib gəlməklə “Murov”la xal fərqini artırıb.

Çempionatın lideri “Abşeron” yenə asan qələbə qazanıb. İtkisiz irəliləyən bakılılar autsayder UNEC-i "quru hesabla" məğlub edib.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Super Liqa
VII tur
18 fevral
16:00. “Azərreyl” - “Murov” - 3:1 (25:19, 25:21, 16:25, 25:21)

Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. “Abşeron” – UNEC - 3:0 (25:12, 25:16, 25:19)
Azərbaycan Voleybol Federasiyasının idman zalı

N

K

O

Q

M

S

T

X

1

Abşeron

7

7

0

21-3

587-435

21

2

Azərreyl

7

3

4

14-14

622-604

11

3

Murov

7

2

5

10-17

579-596

6

4

UNEC

7

2

5

8-19

477-630

4

 

0