“Azərreyl” yenə uduzmadı, “Abşeron”dan asan qələbə - YENİLƏNİB
03.03.2020 - 17:54
“Azərreyl” yenə uduzmadı, “Abşeron”dan asan qələbə - YENİLƏNİB

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında daha iki oyun keçirilib. 

Apasport.az saytının məlumatına görə, günün ilk görüşündə “Abşeron” və “Mübariz” üz-üzə gəliblər.

İlk dövrədə olduğu kimi, Eldar Yusubovun yetirmələri rəqiblərinə şans verməyiblər. Onlar "Mübariz"ə 3:0 hesabı ilə qalib gəliblər.  

Bu matçın ardınca “Azərreyl” UNEC-i sınağa çəkib. Mövsümün məğlubedilməzi yenə də asanlıqla qələbə qazanıb. Famil Ağayevin komandası "tələbələr"i meydana çıxmağa peşman edib - 3:0. 

Azərbaycan çempionatı
Super Liqa, qadınlar
3 mart

15:00. “Abşeron” – “Mübariz” - 3:0 (25:21, 25:19, 27:25)
Dərnəgül Voleybol Mərkəzi

17:00. “Azərreyl” – UNEC - 3:0(25:10, 25:16, 25:8)
Dərnəgül Voleybol Mərkəzi

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

7

7

0

21-2

570-446

21

2

Abşeron

7

6

1

19-5

575-408

18

3

Mübariz

6

3

3

10-10

422-452

9

4

Murov

6

2

4

9-12

453-460

6

5

Gürcüstan

4

1

3

3-11

265-326

2

6

UNEC

8

0

8

2-24

418-631

1

 

0
voleybol Super Liqa Azərreyl