“Azərreyl”in növbəti oyununun vaxtı bilindi
31.01.2022 - 14:41
“Azərreyl”in növbəti oyununun vaxtı bilindi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin oyunlarına fevralın 1-də start veriləcək. 

Apasport.az saytının məlumatına görə, ölkə çempionatının IV turu Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. 

Günün ilk matçında – saat 16:00-da “Murov”la “Azərreyl” üz-üzə gələcəklər. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” oyununa start veriləcək.

Qeyd edək ki, I dövrədən sonra “Abşeron” 9, “Azərreyl” 6, UNEC 2, “Murov” isə 1 xala malikdir.
 

0