“Azəryol” Avropa kubokuna erkən vida etdi - FOTOSESSİYA
24.10.2021 - 22:43
“Azəryol” Avropa kubokuna erkən vida etdi - FOTOSESSİYA

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa kubokunda mübarizə aparıb.

Apasport.az saytının məlumatına görə, avrokubokların 2021/22 mövsümündəki yeganə təmsilçimiz II raundda Yunanıstanın “AEP Panorama” klubu ilə üz-üzə gəlib.

Duel Bakı klubu üçün uğursuz alınıb. Hər iki görüşü Salonikidə keçirən həndbolçularımız yarışla startdaca vidalaşıblar. 

Oktyabrın 23-dəki matçda “AEP Panorama” meydan sahibi olub və 37:21 hesabı ilə qələbə qazanıb. Komandamız bu gün eyni məkanda təşkil olunan cavab görüşünə nominal meydan sahibi kimi çıxıb. “Azəryol” məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 27:23. Lakin iki oyunun yekununa əsasən top fərqi rəqibin xeyrinə olduğundan (60:48), “AEP Panorama” mərhələ adlayıb. 

Qeyd edək ki, ilk görüşdə komandamızın bombardiri İnarə Yusubova (5), ikinci oyunda Elnarə İbrahimova (14) olub. 

0