“Bundan gözəl hiss ola bilməz” – 4 aydan sonra Azərbaycana qayıdan Rəcəbov
10.07.2020 - 17:19
“Bundan gözəl hiss ola bilməz” – 4 aydan sonra Azərbaycana qayıdan Rəcəbov

Qadın voleybolçulardan ibarət “Cakarta” klubu ilə İndoneziya çempionu olan baş məşqçi Ziya Rəcəbov Azərbaycana qayıdıb. 

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssisin özü bu barədə feysbuk səhifəsində paylaşım edib. 

Cakartadan Türkiyənin İstanbul şəhərinə gəlib, 2 gün orda qaldıqdan sonra Bakıya dönən Rəcəbov paytaxtdan birbaşa doğulduğu Ağsu rayonuna yollanıb. 

O bildirib ki, həddən artıq sevinclidir: “Bundan gözəl hiss ola bilməz”. 

Qeyd edək ki, Rəcəbov mart ayından koronovirus pandemiyasına görə Azərbaycana qayıda bilmirdi. 
 

0
voleybol Ziya Rəcəbov Ayşən Abduləzimova