“Cakarta” startda çempiona yerini göstərdi – Ziya Rəcəbovla
24.01.2020 - 17:26
“Cakarta” startda çempiona yerini göstərdi – Ziya Rəcəbovla

Qadın voleybolçular arasında İndoneziya çempionatına start verilib. 

Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssis Ziya Rəcəbovun çalışdırdığı “Cakarta” ilk tur çərçivəsində keçirilən qarşılaşmada “Popsivo Poluan”ı sınağa çəkib. 

Kifayət qədər gərgin alınan matçda həmyerlimizin komandası gücünü ortaya qoyub. “Cakarta” son ölkə çempionunu meydana çıxmağa peşman edib. 

Rəqibinin heyətində Avropa çempionu, Olimpiya Oyunlarının finalçısı Tiyana Malesviç, Dünya Kubokunun ən yaxşı dioqnal oyunçusu, dominikanlı Gina Mambru kimi məşhur simalar olsa da, məğlubiyyətdən qaça bilməyiblər. Ziya Rəcəbov tailandlı mütəxəssisin komandasına qarşı yalnız bir legioner - Azərbaycan yığmasının hücumçusu Odina Əliyeva ilə çıxıb. Buna baxmayaraq, gənc mütəxəssis “Cakarta” ilə debütdə 3:1 hesablı qələbəyə sevinib. Millimizin oyunçusu isə görüşün ən dəyərli voleybolçusu seçilib. 

Qeyd edək ki, “Azəryol”da da Ziya Rəcəbovun rəhbərliyi altında oynamış ukraynalı Anna Stepanyuk ailə problemi səbəbindən 10 gün öncə İndoneziya təmsilçisindən ayrılıb. Onun əvəzinə yığmamızın sabiq voleybolçusu Natalya Məmmədova transfer olunub. Ulduz oyunçu növbəti turlarda meydana çıxacaq. 
 

0
Ziya Rəcəbov Cakarta Odina Əliyeva