“Jetısu” ilə müqavilə imzaladı – yığmamızın hücumçusu
01.09.2021 - 11:15
“Jetısu” ilə müqavilə imzaladı – yığmamızın hücumçusu

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanovanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner karyerasını Qazaxıstanda davam etdirəcək.

32 yaşlı hücumçu “Jetısu” ilə müqavilə imzalayıb. Qurbanova bir mövsüm bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Anastasiya karyerası ərzində “Azərreyl” (Azərbaycan), “Proton” (Rusiya), “Venel” (Fransa), “Karfaj” (Tunis) və “Adam” (Türkiyə) klublarının formasını geyinib.
 

0