“Murov” “Azərreyl”ə asanlıqla qalib gəldi
22.02.2020 - 16:07
“Murov” “Azərreyl”ə asanlıqla qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir matç keçirilib. 

Apasport.az saytının məlumatına görə, günün yeganə oyununda “Murov” “Azərreyl”lə üz-üzə gəlib.

Fərid Cəlalovun yetirmələri şanslı hesab olunsalar da, “Azərreyl”in ciddi müqavimət göstərməsi gözlənilirdi. Lakin "Murov" rəqibi önündə heç bir çətinlik yaşamayıb. Hər üç setdə qalib gələn "Murov" turnir cədvəlində liderlərə yaxınlaşıb.

Azərbaycan çempionatı
Yüksək Liqa, kişilər
22 fevral
15:00. “Murov” – “Azərreyl” - 3:0 (25:18, 25:6, 25:21)

Dərnəgül Voleybol Mərkəzi

N

Komanda

O

Q

M

S

T

X

1

Xilasedici

7

6

1

19-4

561-456

18

2

Neftçi

7

6

1

19-5

591-464

18

3

Murov

7

6

1

18-6

565-441

17

4

MOİK

7

4

3

15-10

576-522

13

5

Azərreyl

6

2

4

6-12

362-408

6

6

Ekspress

6

1

5

4-15

331-449

3

7

Gürcüstan

4

0

4

1-12

275-344

0

8

Sərhədçi

6

0

6

0-18

273-450

0

 

0
voleybol Murov Azərreyl