“Murov” qələbə ilə başladı
27.01.2022 - 19:57
“Murov” qələbə ilə başladı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun təşkil olunub. 

Apasport.az saytının məlumatına görə, günün yeganə oyununda MOİK - “Murov”u sınağa çəkib. 

İkincilərin idman zalında II tur çərçivəsində baş tutan qarşılaşma “Murov”un qələbəsi ilə yekunlaşıb. İlk setdə 22:25 hesabı ilə uduzan MOİK növbəti hissədə 4 top fərqilə məğlub olub – 21:25. 

Üçüncü set gərgin mübarizə şəraitində keçib. MOİK 29:27 hesablı qələbə sayəsində fərqi azaldıb – 2:1. Lakin dördüncü set sonuncu olub. Bu dəfə 25:12 hesabı ilə qalib gələn “Murov” 3:1 hesablı qələbəsini rəsmiləşdirib. 

27 yanvar
Yüksək Liqa
II tur
MOİK - “Murov”  1:3 (22:25, 21:25, 29:27, 12:25)

Qeyd edək ki, mövsümdə hələlik 3 görüş keçirilib. Bu matçlardan sonra “Ekspress” (3-0), “Murov” (3-1) və MOİK (4-4) 3 xala malikdir. “Neftçi” və “Sərhədçi”nin xalı isə yoxdur.
 

0