“Murov” liderliyə yüksəldi, "Sərhədçi" yenə uduzdu - YENİLƏNİB
03.03.2022 - 17:59
“Murov” liderliyə yüksəldi, "Sərhədçi" yenə uduzdu - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turunun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, qarşılaşmalar “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutub. 

Günün ilk oyununda saat 14:00-da “Murov”la  MOİK üz-üzə gəlib. Matç Fərid Cəlalovun yetirmələri üçün uğurlu alınıb. Hər 3 setdə qələbə qazanan "Murov" yenidən liderliyi ələ keçirib. 

Günün ikinci görüşündə “Ekspress” “Sərhədçi”ni sınağa çəkib. Gözlənildiyi kimi, nominal ev sahibləri asan qələbəyə seviniblər. 

Azərbaycan Yüksək Liqası
3 mart
IX tur
14:00. “Murov” – MOİK - 3:0 (25:21, 25:20, 28:26)

“Sərhədçi” İdman Olimpiya Mərkəzi

17:00. “Ekspress” – “Sərhədçi” - 3:0 (25:17, 29:27, 25:14)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi

3

Murov

7

6

1

19-6

610-498

17

1

Neftçi

7

5

2

18-7

592-492

16

2

MOİK

8

5

3

16-11

619-580

15

4

Ekspress

7

2

5

6-15

397-502

6

5

Sərhədçi

7

0

7

1-21

409-555

0

 

0