“Neftçi” 4 xal geri düşdü - YENİLƏNİB
04.04.2022 - 17:56
“Neftçi” 4 xal geri düşdü - YENİLƏNİB

Kişi voleybolçular arasında Yüksək Liqada III dövrə başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün baş tutan XV turun matçları ilə dövrəyə yekun vurulub.

Turun hər iki qarşılaşması “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib. Öncə meydana çempionatın liderləri çıxıb.

“Murov” çempionluq mübarizəsindəki ən yaxın izləyicisi “Neftçi”ni quru hesabla məğlub edib. Bu qələbə sayəsində liderlə izləyici arasında xal fərqi 4-ə çatıb.

Günün ikinci oyununun taleyi də üç set davam edib. Çempionatın autsayderi “Sərhədçi” MOİK-ə müqavimət göstərə bilməyib.

Qeyd edək ki, bu turda “Ekspress” istirahət edib.

Yüksək Liqa
XV tur
4 aprel
15:00. “Neftçi” - “Murov” - 0:3 (20:25, 23:25, 20:25)

“Sərhədçi” İdman Olimpiya Mərkəzi

17:00. “Sərhədçi” – MOİK - 0:3 (12:25, 14:25, 19:25)
“Sərhədçi” İdman Olimpiya Mərkəzi

 

1

Murov

12

11

1

34-7

1008-757

32

2

Neftçi

12

9

3

30-11

977-760

28

3

MOİK

12

7

5

23-17

901-840

21

4

Ekspress

12

2

10

7-30

650-892

6

5

Sərhədçi

12

1

11

5-34

685-973

3

0