“Neftçi” – MOİK oyununun vaxtı bilindi
22.02.2022 - 11:44
“Neftçi” – MOİK oyununun vaxtı bilindi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, VII turun matçları fevralın 23-də keçiriləcək. 

Günə saat 15:00-da “Neftçi” - MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da “Ekspress” - “Murov” matçı başlayacaq. 

Fevralın 27-də isə VIII tur çərçivəsində ilk olaraq meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaq. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra MOİK - “Ekspress” duelinə start veriləcək.

Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.

0