“Neftçi” istirahətdə
14.04.2022 - 11:24
“Neftçi” istirahətdə

Aprelin 15-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk qarşılaşma MOİK - “Murov” komandaları arasında olacaq. 

Oyun saat 15:00-da başlayacaq. 

Bu matçdan iki saat sonra isə  “Ekspress” “Sərhədçi”lə üz-üzə gələcək.

Qeyd edək ki, bu tur “Neftçi” istirahət edəcək. 
 

0