"Neftçi" liderliyə yüksəldi - YENİLƏNİB
12.02.2020 - 17:53
"Neftçi" liderliyə yüksəldi - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha iki matç keçirilib. 

Apasport.az saytının məlumatına görə, günə “Sərhədçi” - “Neftçi” oyunu ilə start verilib.

Oyun ikincilərin asan qələbəsi ilə yekunlaşıb. “Neftçi” rəqibinə “quru hesabla” qalib gəlib. 
 
Ardınca lider “Xilasedici” əsas rəqiblərindən olan “Murov”la üz-üzə gəlib. Görüşdə “xilasedicilər”in qələbə qazanacaqları gözlənilsə də, xal belə qazana bilməyiblər. “Murov” rəqibini 3:1 hesabı ilə məğlub edərək, onların qələbə seriyasını da dayandırıb.

Bu matçlardan sonra turnir cədvəlində lider də dəyişib. Xal və setdəki bərabərliyə baxmayaraq, top fərqində “Xilasedici”ni üstələyən “Neftçi” turnir cədvəlində birinci pilləyə yüksəlib. “Murov” isə onlarla xal fərqini 1-ə endirib. 

Voleybol üzrə Azərbaycan çempionatı
Kişilər, Yüksək Liqa
12 fevral

“Sərhədçi” - “Neftçi” 0:3 (10:25, 18:25, 18:25)
“Sərhədçi” Olimpiya İdman Mərkəzi

“Xilasedici” – “Murov” - 1:3 (20:25, 23:25, 25:23, 16:25)
FHN-nin İdman-Sağlamlıq Kompleksi

N

Komanda

O

Q

M

S

T

X

1

Neftçi

5

4

1

13-4

413-320

12

2

Xilasedici

5

4

1

13-4

404-335

12

3

Murov

5

4

1

12-6

415-352

11

4

Azərreyl

3

2

1

6-3

204-182

6

5

MOİK

4

1

3

6-9

318-338

4

6

Ekspress

5

1

4

3-12

265-351

3

7

Gürcüstan

0

0

0

0-0

0-0

0

8

Sərhədçi

5

0

5

0-15

234-375

0

 

0
voleybol Xilasedici Murov