“Neftçi” liderliyə yüksəldi - YENİLƏNİB
02.02.2022 - 18:55
“Neftçi” liderliyə yüksəldi - YENİLƏNİB

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, IV tur çərçivəsində bir matç baş tutub.

Buna MOİK – “Sərhədçi” görüşünün təxirə salınması səbəb olub. Nominal qonaqların baş məşqçisi və oyunçusunun testi müsbət nəticələndiyindən bütün komanda karantinə alınıb.

Bu üzdən turun yalnız bir görüşü keçirilib. “Murov” ilə “Neftçi” üz-üzə gəlib. “Murov” Voleybol Klubunun təlim-məşq bazasında təşkil olunan matçda "Neftçi" inamlı qələbəyə sevinib. "Murov"un gücü yalnız bir seti qazanmağa çatıb. İkinci qələbəsini qazanan "Neftçi" turnir cədvəlinin liderliyini ələ keçirib.

Azərbaycan çempionatı 
Kişilər, Yüksək Liqa
IV tur, 2 fevral
17:00. “Murov” – “Neftçi” - 1:3 (29:31, 25:23, 16:25, 20:25)

“Murov” Voleybol Klubunun təlim-məşq bazası
MOİK – “Sərhədçi” – təxirə salınıb

1

Neftçi

3

2

1

7-4

265-237

6

2

Murov

2

1

1

4-4

192-188

3

3

MOİK

2

1

1

4-4

185-188

3

4

Exspress

2

1

1

3-3

123-144

3

5

Sərhədçi

1

0

1

0-3

69-77

0

 

0