“Neftçi” və MOİK-dən asan qələbə
12.02.2022 - 18:04
“Neftçi” və MOİK-dən asan qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha iki oyun keçirilib. 

Apasport.az saytının məlumatına görə, V turun qarşılaşmaları “Murov” Voleybol Klubunun təlim-məşq bazasında baş tutub.

Günün ilk matçında “Neftçi” “Sərhədçi”ni sınağa çəkib. Autsayder üzərində asan qələbə qazanan “neftçilər” turnir cədvəlində vahid liderliyə yüksəlib.

Tura üçüncülük mübarizəsi aparan MOİK və “Ekspress” arasında duellə yekun vurulub. Nominal meydan sahibləri asan qələbə qazanıb.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçirilib.

Yüksək Liqa
V tur, 12 fevral
15:00. “Neftçi” - “Sərhədçi” - 3:0 (25:16, 25:17, 25:11)
“Murov” Voleybol Klubunun təlim-məşq bazası

17:00. MOİK – “Ekspress” - 3:0 (25:19, 25:18, 25:15)
“Murov” Voleybol Klubunun təlim-məşq bazası
 

1

Neftçi

4

3

1

10-4

340-281

9

2

Murov

3

2

1

7-4

267-238

6

3

MOİK

3

2

1

7-4

260-240

6

4

EKspress

3

1

2

3-6

175-219

3

5

Sərhədçi

3

0

3

0-9

163-227

0

0