“Neftçi” vahid lider oldu
11.01.2020 - 23:36
“Neftçi” vahid lider oldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin növbəti oyunu keçirilib. 

Apasport.az saytının məlumatına görə, günün yeganə matçında "Neftçi" debütant "Ekspress"lə üz-üzə gəlib.

FHN-nin İdman-Sağlamlıq Kompleksində baş tutan görüş birincilərin qələbəsi ilə yekunlaşıb. "Neftçi" ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. İkinci set də onların üstünlüyü ilə keçib. "Express" bu dəfə 20:25 hesabı ilə uduzub.

Üçüncü hissə isə daha tez başa çatıb. "Neftçi" 25:8 hesabı ilə qalib gələrək, matçın hesabını müəyyənləşdirib - 3:0.

Çempionatda ikinci qələbəsini qazanan “Neftçi” 6 xalla liderliyə yüksəlib. "Ekspress" isə ilk oyununu xalsız bitirib.

Yüksək Liqa
“Neftçi” – “Express” – 3:0 (25:18, 25:20, 25:8)

N

Komanda

O

Q

M

S

T

X

1

Neftçi

2

2

0

6-0

150-100

6

2

MOİK

2

1

1

5-3

180-167

4

3

Murov

2

1

1

3-5

167-180

2

4

Xilasedici

0

0

0

0-0

0-0

0

5

Sərhədçi

0

0

0

0-0

0-0

0

6

Gürcüstan

0

0

0

0-0

0-0

0

7

Azərreyl

1

0

1

0-3

54-75

0

8

Ekspress

0

0

0

0-0

46-75

0

 

0
Neftçi Ekspress voleybol