“Qələbə qazana bilərdik” - yığmamızın kapitanı
08.01.2020 - 09:29
“Qələbə qazana bilərdik” - yığmamızın kapitanı

“Fikrimcə, biz qələbə qazana bilərdik. Amma bəzi kobud səhvlərə yol verdik”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova deyib. 

Yığmanın kapitanı Apeldorn şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin ilk turunda Niderlanda 0:3 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, debütdə uduzmalarına baxmayaraq, növbəti matçlara qələbə üçün çıxacaqlar: “Start uğurlu alınmadı. Amma hələ hər şey bitməyib. Qarşıda daha iki oyunumuz var. Ümid edirəm ki, həmin qarşılaşmalarda qalib gələcəyik”. 

Qeyd edək ki, Azərbaycan millisi növbəti iki matçda Bolqarıstan və Polşa ilə üz-üzə gələcək. 
 

0
voleybol Azərbaycan millisi Ayşən Abduləzimova