“Rabitə” klubu “Novruz-2008” turnirinin qalibi olub
29.03.2008 - 11:49
“Rabitə” klubu “Novruz-2008” turnirinin qalibi olub
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə qadınlar arasında “Novruz-2008” turniri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın mükafatları uğrunda altı komanda mübarizə aparıb. Keçirdiyi beş oyunun 4-də qalib gələn “Rabitə” klubu birinci yeri tutub. Turnirin gümüş medalını Gəncənin “Trasspor”, bürünc medalını isə “İqtisadçı” klubu qazanıb.
0