Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
22.10.2026 - 10:07
Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov voleybol üzrə 20 yaşadək qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsində hakimlik edəcək.

Apasport.az xəbər verir ki, yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək.

EEVZA-nın təşkilatçılığı ilə baş tutacaq turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.