Azərbaycan Voleybol Federasiyasının ƏDV qeydiyyatı ləğv edilib
30.03.2008 - 11:28
Azərbaycan Voleybol Federasiyasının ƏDV qeydiyyatı ləğv edilib
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin mart ayının 29-dək Azərbaycan Vergilər Nazirliyi tərəfindən 12 vergi ödəyicisinin əlavə dəyər vergisi (ƏDV) qeydiyyatı ləğv edilib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Ümumilikdə isə 2006-cı ilin əvvəlindən 2008-ci il martın 29-dək ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyicilərinin sayı 6286-ya çatıb.
Mart ayında ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyiciləri sırasında Azərbaycan Voleybol Federasiyası, «Bakı Aqreqat Servis» ASC, «Şans-RA» MMC və digər fiziki və hüquqi şəxslər var.
0