Azərbaycan voleybolçularının komandaları Türkiyə Superliqasında liderlər qrupunda qərarlaşıb - FOTO
31.03.2008 - 10:12
Bakı. Kənan Həsənov-APA-Sport. Türkiyənin voleybol Superliqasında 20-ci turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının üzvləri Oksana Quliyeva və Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu öz meydanında “Marmaris Bələdiyyəsi”ni məğlub edib - 3:1. Əsas heyətdə mübarizə aparan O.Quliyeva iki, V.Korotenko üç ulduzla qiymətləndirilib. Keçirdiyi 19 oyundan 48 xal toplayan “Fənərbaxça Acibadem” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Yığmamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu isə səfərdə “İllər Bankası”na 3:0 hesabı ilə qalib gəlib. Əsas heyətdə meydana çıxan İ.Qorxmazın oyunu üç ulduzla qiymətləndirilib. Hesabında 51 xal olan “Əczaçıbaşı Zentiva” turnir cədvəlinə başçılıq edir.
- “Murov Az Terminal”dan yeni transfer
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
0
0