Azərbaycan milli komandası yoxlama oyunu keçirməyə rəqib tapmır
02.04.2008 - 11:54
Bakı. Kənan Həsənov-APA-Sport. Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşan Azərbaycanın kişilərdən ibarət voleybol milli komandası yoxlama oyunu keçirməyə rəqib tapmır. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Nazim Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, komanda uzun müddətdir məşq etməklə kifayətlənir. Yığma rəhbərliyinin İranın Urmiya və Təbriz şəhərlərinin klubları ilə yoxlama matçı keçirmək üçün apardığı danışıqlar nəticə verməyib. Türkmənistan millisi də Bakıya gəlməkdən imtina edib.
Qeyd edək ki, milli komandamız Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Albaniya ilə qarşılaşacaq. İlk oyun mayın 8-də səfərdə, cavab matçı 11-də Bakıda keçiriləcək. Cütün qalibi Hollandiya, Latviya və Sloveniya yığmalarının yer aldığı B qrupunda mübarizə aparmaq hüququ əldə edəcək.

0
0