Oksana Quliyeva “Beşiktaş”a qarşı oynamayıb
14.04.2008 - 11:48
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə voleybol Superliqasında pley-off mərhələsinin oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Oksana Quliyeva ilə libero Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu səfərdə “Beşiktaş”a 3:0 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan V.Korotenkonun oyunu üç ulduzla qiymətləndirilib. O.Quliyeva meydana çıxmayıb. Milli komandamızın sabiq üzvü İnessa Qorxmazın çıxış etdiyi “Əczaçıbaşı Zentiva” klubu da səfərdə “Marmaris Bələdiyyəsi” komandasından üstün olub – 3:0. İ.Qorxmaz bu görüşdə iştirak etməyib. İkinci oyunlar aprelin 16-da keçiriləcək.
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
- EuroVolley-2026-nın rəsmi topları təqdim olunub
0
0