Azərbaycan voleybolçularının komandaları Türkiyə Superliqasının yarımfinal mərhələsinə qələbə ilə başlayıblar
21.04.2008 - 10:28
Azərbaycan voleybolçularının komandaları Türkiyə Superliqasının yarımfinal mərhələsinə qələbə ilə başlayıblar
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə voleybol Superliqasında yarımfinal mərhələsinin oyunları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Oksana Quliyeva ilə libero Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu doğma meydanda “Türk Telekom”a 3:2 hesabı ilə qalib gəlib. O.Quliyeva bu görüşdə iştirak etməyib, əsas heyətdə mübarizə aparan V.Korotenkonun oyunu isə üç ulduzla qiymətləndirilib. Yığmamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu isə doğma meydanda “Vakıfbank Günəş Sığorta” komandasını 3:0 hesabı ilə məğlub edib. İ.Qorxmaz bu görüşdə meydana çıxmayıb. Həmyerlilərimizin komandaları növbəti oyunlarını aprelin 23-də səfərdə keçirəcəklər.
0