Azərbaycan voleybolçularının komandaları Türkiyə Superliqasının yarımfinal mərhələsinin üçüncü oyununda qələbə qazanıblar
25.04.2008 - 11:21
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyə voleybol Superliqasında yarımfinal mərhələsinin üçüncü oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Oksana Quliyeva ilə libero Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” səfərdə “Türk Telekom” klubuna 3:2 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan V.Korotenkonun oyunu iki ulduzla qiymətləndirilib. O.Quliyeva isə meydana çıxmayıb. Yığmamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” hesabat turunda qələbə qazanıb. Onun komandası səfərdə “Vakıfbank Günəş Sığorta” klubunu məğlub edib - 3:0. İ.Qorxmaz qarşılaşmada çıxış etməyib. Bu nəticələrdən sonra həmyerlilərimizin komandaları yarımfinal seriyasında 2:1 önə keçiblər. Növbəti oyunlar aprelin 27-nə təyin olunub.
Qeyd edək ki, Türkiyə Superliqasının finalına üç qələbə qazanan komanda yüksələcək.
Qeyd edək ki, Türkiyə Superliqasının finalına üç qələbə qazanan komanda yüksələcək.
- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
- EuroVolley-2026-nın rəsmi topları təqdim olunub
0
0