Natalya “Türk Telekom”u zirvəyə daşıdı
10.11.2008 - 13:53
Natalya “Türk Telekom”u zirvəyə daşıdı
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin qadınlar arasında voleybol Superliqasının V turuna yekun vurulub. “APA-Sport”un məlumatına görə, Azərbaycan voleybolçularının yer aldıqları komandalar səfərdə inamlı qələbələr qazanıblar.

Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” klubu “Nilufər Bələdiyyəsi”ni 3:0 hesabı ilə üstələyib. Oyunu üç ulduzla qiymətləndirilən Məmmədova ən yaxşı voleybolçu seçilib. Valeriya Korotenko və Oksana Parxomenkonun çıxış etdikləri “Fənərbaxça Acibadem” ilə “Qazi Universiteti”nin görüşündə də eyni hesab qeydə alınıb. Hər iki voleybolçumuz fasilələrlə meydana çıxıblar.

Bu qələbə nəticəsində xallarının sayını 12-yə çatdıran “Türk Telekom” liderliyi ələ keçirib. Hesabında 9 xal olan “Fənərbaxça Acibadem” isə 5-ci pilləyə yüksəlib.
0