Yığmamızın oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
24.11.2008 - 16:31
Yığmamızın oyunlarını idarə edəcək hakimlər müəyyənləşdi
Azərbaycanın qadınlardan ibarət həndbol yığması dünya çempionatının seçmə mərhələsinə Bolqarıstanla oyunla başlayacaq. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın başçılıq etdiyi yığmamız noyabrın 25-də Bakı vaxtı ilə saat 19:00-da Çernoqoriyanın Pljevlja şəhərində meydana çıxacaq.

Görüşü Kyersti Arnstenlə İda Qullaksen (hər ikisi Norveç) idarə edəcək. Milli komandamızın bir gün sonra İtaliya ilə oyununa isə çexiyalılar – Vatslav Horatseklə Jiri Novotnı təyinat alıblar. Noyabrın 28-də Finlandiya, 29-da Çernoqoriya, 30-da Sloveniya ilə keçirəcəyimiz qarşılaşmaların hakimlərinin adları hələ açıqlanmayıb.

Reqlamentə əsasən , dünya çempionatının pley-off mərhələsinə yalnız bir kollektiv vəsiqə qazanacaq.
0