Natalya Məmmədova üçüncü oldu
10.12.2008 - 10:55
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının lideri Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” Fransada məğlubiyyətlə üzləşib.
Kann şəhərinin eyniadlı komandasıyla qarşılaşan ankaralılar rəqibinə 1:3 hesabı ilə uduzub. İnamlı təsir bağışlamayan 24 yaşlı həmyerlimiz cəmi 15 xal toplamaqla komandasının üçüncü ən məhsuldar oyunçusu olub. Rəqib düşərgədə isə yığmamızın sabiq üzvü Viktoriya Ravva fərqlənib. Komandasını kapitan qismində meydana çıxaran ulduz voleybolçu 22 xal toplayıb.
Bu nəticədən sonra “Kann” (6 xal) liderliyə yüksəlib. Ardıcıl ikinci görüşdə uduzan “Türk Telekom” 4 xalla üçüncü pillədə yer alıb.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0