Azərbaycan voleybolçuları 2009-cu ili Lüksemburqda qarşılayacaqlar
11.12.2008 - 18:26
Azərbaycan voleybolçuları 2009-cu ili Lüksemburqda qarşılayacaqlar
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baza klubu “Azərreyl” beynəlxalq turnirə dəvət alıb. Bu haqda apasport.az saytına məlumat verən Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin sözlərinə görə, yarış yanvarın 1-də Lüksemburqda start götürəcək.

Federasiya artıq “Azərreyl”in turnirdə iştirakını təsdiqləyib. Təxminən bir həftə davam edəcək yarışa qatılacaq digər komandaların kimliyinə hələ aydınlıq gəlməyib.

Qeyd edək ki, “Çağırış kuboku”nda mübarizə aparan voleybolçularımız hazırda istirahətdədirlər. Kollektiv dekabrın 15-dən federasiyasının bazasında hazırlığı bərpa edəcək.
0