Natalya Ravvadan güclü çıxdı
19.12.2008 - 12:20
Azərbaycanın voleybol yığmasının lideri Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” Çempionlar Liqasında mərhələ adlamaq şansını saxlayıb. Apasport.az saytının məlumatına, Ankara təmsilçisi Fransanın “Kann” klubundan bir həftə öncəki məğlubiyyətin əvəzini çıxıb.
Rəqibini doğma meydanda qəbul edən “Türk Telekom” 3:1 hesablı qələbəyə sevinib. Məmmədova əsas heyətdə mübarizə aparıb və komandasına 8 xal qazandırıb. Rəqib düşərgədə isə milli komandamızın sabiq üzvü Viktoriya Ravva 5 xal toplayıb.
Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Türk Telekom” 3-cü pilləyə yüksəlib. Ankaralılar lider, Serbiyanın “Postar 064” klubundan və “Kann”dan cəmi bir xal geri qalır.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0