Hakimlərimiz avrokuboklara təyinat aldılar
20.12.2008 - 14:04
Azərbaycan hakimləri voleybol üzrə qitə miqyaslı turnirlərin oyunlarına təyinat alıblar. Apasport.az saytının məlumatına görə, iki beynəlxalq dərəcəli referimiz yanvarda müxtəlif ölkələrdə meydana çıxacaqlar.
Konstantin Selin kişilər arasında Avropa Voleybol Konfederasiyasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv-Beloqorye” (Rusiya) – “GC Lamiya” (Yunanıstan) görüşünə baş hakim təyin olunub. Həmyerlimizə bu oyunda estoniyalı həmkarı Tomas Murulo kömək edəcək.
Cari mövsümdən beynəlxalq arenaya çıxan Vüqar Cəfərov isə qadınlar arasında “Çelenc kuboku” turnirinin 1/8 final mərhələsinin oyununa təyinat alıb. Gənc referi Ukraynada yerli “Severodonçanka”nın Fransa təmsilçisi “USSP Albi” ilə görüşünün baş hakimi Əbdülkadir İlbəylinin (Türkiyə) köməkçisi funksiyasını yerinə yetirəcək.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0