“Azərreyl” “Novotel Cup” turnirinin qalibi oldu
05.01.2009 - 12:16
Lüksemburqda qadın voleybolçular arasında keçirilən “Novotel Cup” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, dörd komandanın dairəvi sistemlə mübarizə apardığı yarışın qalibi “Azərreyl” klubu olub. Faiq Qarayevin rəhbərlik etdiyi komandamız Danimarka (3:0) və Avstriya yığmalarının (3:0) ardınca, meydan sahibi Lüksemburqu da eyni hesabla üstələyib.
Beləliklə, keçirdiyi üç oyunda rəqiblərinə bir set belə uduzmayan voleybolçularımız 2009-cu ildə ilk uğurunu qazanıb. Avstriya yığması ikinci, Danimarka millisi üçüncü, Lüksemburq isə dördüncü yeri tutub

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0