Yığmamız Portuqaliyanı məğlub etdi
11.01.2009 - 23:30
Yığmamız Portuqaliyanı məğlub etdi
Azərbaycanın gənc qızlardan ibarət voleybol yığması Avropa çempionatının seçmə mərhələ oyunlarını qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, Türkiyənin Alaniya şəhərində təşkil olunan yarışın son turunda Portuqaliyanı üstələyib – 3:2 (25:19, 19:25, 25:12, 18:25, 15:12).
Bu qələbədən sonra yığmamızın hesabındakı xalı 9-a çatıb. Növbəti mərhələyə qrupda ilk iki yerin sahibləri yüksələcək. Milli komandamızın da bu hüquqa sahib çıxıb-çıxmayacağı Türkiyə - Fransa oyunundan sonra bilinəcək.
0