“Rabitə” Almaniyadan məğlubiyyətlə qayıdır
15.01.2009 - 00:25
Qadın voleybolçular arasında “Çelenc Kuboku” turnirinin 1/8 final mərhələsinin ilk görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Rabitəçi” klubu Almaniyanın Drezden şəhərində yerli “Drezdner” komandasıyla qarşılaşıb. Voleybolçularımız rəqiblə başa-baş mübarizə aparsalar da, sonda qələbəni meydan sahibləri qazanıblar – 3:1 (25:22, 22:25, 25:22, 25:19). Bu komandalar arasında cavab oyunu yanvarın 22-də Bakıda keçiriləcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0