Azərbaycan milli komandaları Rusiyaya yollanır
23.01.2009 - 14:03
Azərbaycanın 17 və 19 yaşadək qızlardan ibarət həndbol üzrə milli komandaları sabah Rusiyaya yollanır. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, yığmalarımız əvvəlcə Həştərxan, ardından Volqoqrad şəhərlərinə gedəcəklər.
Konstantin Ruvinskinin baş məşqçilik etdiyi U-17 və Yelena Namaliyevanın çalışdırdığı U-19 bu şəhərlərdə keçiriləcək beynəlxalq turnirlərdə mübarizə aparacaqlar. Fevralın 3-dək davam edəcək səfər Avropa çempionatına hazırlıq məqsədi daşıyacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0