Daha bir komandamız Dubaya getdi
28.01.2009 - 16:58
Daha bir komandamız Dubaya getdi
Futbol üzrə Azərbaycan milli komandasının ardından qadın voleybolçulardan ibarət “Azərreyl” klubu da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb. Bu haqda apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Dubayda təşkil olunan beynəlxalq turnirdə mübarizə aparacaq. “Azərreyl” artıq bu gün axşam ilk oyununa çıxacaq. Həftəsonu yekunlaşacaq yarışdan sonra voleybolçularımız həmin şəhərdə qalaraq, fevralın 10-dək təlim-məşq toplanışı keçəcəklər.

Dubay səfəri “Azərreyl”in heyətində yer alan yığma üzvləri üçün mayda keçiriləcək dünya çempionatının ikinci təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır. Həmçinin, təlim-məşq toplanışında Faiq Qarayev gənc voleybolçuları sınamaq imkanı qazanacaq.
0