Natalya Məmmədovanın oynamamasının səbəbi bilindi
03.02.2009 - 17:28
Azərbaycan yığmasının və Türkiyənin “Türk Telekom” klubunun voleybolçusu Natalya Məmmədova İsveçrədə cərrahiyyə əməliyyatına məruz qalıb. Bu haqda apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli məlumat verib. Onun sözlərinə görə, 25 yaşlı voleybolçu diz nahiyəsindən əməliyyat olunub.
Natalya ötən ay Türkiyə çempionatının oyununda zədələnib. Cərrahiyyə əməliyyatı uğurla keçən Məmmədova artıq məşqlərə başlayıb. Gözəlbəyli deyib ki, həmyerlimizin “Türk Telekom”un heyətində nə zaman meydana çıxacağı məlum olmasa da, o, mayda dünya çempionatının ikinci təsnifat mərhələsində milli komandamıza yardım edə biləcək.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0