Azərbaycan yığması antirekordçuya qarşı
11.04.2009 - 11:17
Azərbaycan yığması bu gün antirekorda imza atan komanda ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, 19 yaşlı qızlardan ibarət həndbol yığmaları arasında bu il keçiriləcək Avropa çempionatının seçmə mərhələsi start götürüb. Makedoniyada keçirilən 7-ci seçmə qrupunda mübarizə aparan Azərbaycan ilk görüşündə meydan sahibləri ilə qarşılaşıb. Komandamız bu görüşdə minimal hesabla məğlub olub – 29:30.
Qrupumuzda keçirilən digər qarşılaşmada isə seçmə mərhələnin rekordu qeydə alınıb. Favorit Norveç İtaliyanı darmadağın edib – 59:6. Belə ki, skandinaviyalılar istisna olmaqla, yalnız rusiyalılar seçmə mərhələnin bir oyununda 50-dən artıq qol vurub. Onlar Finlandiyanı 55:13 hesabı ilə üstələyib. Bu gün keçiriləcək ikinci turda millimiz antirekordun müəllifi olan İtaliya ilə görüşəcək.
Sabah başa çatacaq qrupumuzun oyunlarında final mərhələsinə yeganə vəsiqənin sahibi müəyyənləşəcək.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0