“Bakı”nın vitse-prezidenti “Fənərbaxça”ya oyunçu transfer etdi
04.06.2009 - 23:02
“Bakı” futbol klubunun vitse-prezidenti Tunc Afşar dünya şöhrətli voleybolçu Yekaterina Qamovanı “Fənərbaxça”ya gətirib. Bu barədə apasport.az saytına məlumat verən türkiyəli menecerin sözlərinə görə, rus voleybolçunun transferi bu gün reallaşıb.
Vətənində fəaliyyət göstərən “Parlayan ulduzlar” voleybol şirkətinə rəhbərlik edən Afşar bildirivb ki, artıq Qamova İstanbuldadır: “Yekaterina Moskvanın “Dinamo” klubunda çıxış edirdi. Bu gündən isə “Fənərbaxça”nın oyunçusudur. Qamova artıq İstanbul təmsilçisi ilə bir illik rəsmi müqavilə bağlayıb”.
Qeyd edək ki, Qamova həm klub, həm də yığma səviyyəsində dəfələrlə Azərbaycana qarşı oynayıb. Hücumçu mövqeyində çıxış edən Yekaterina ilk növbədə boyunun hündür olması ilə diqqəti cəlb edir. Belə ki, 29 yaşlı oyunçu 2,02 metr boya malikdir.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0