Azərbaycan – Hollandiya: səviyyə fərqi öz sözünü dedi
29.06.2009 - 10:27
Rusiyanın Yekaterinburq şəhərində ölkənin birinci prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş beynəlxalq voleybol turniri start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın qadınlardan ibarət yığması ənənəvi yarışa uğursuz başlayıb.
Belə ki, Faiq Qarayevin yetirmələri ilk matçda Hollandiyaya uduzublar - 2:3 (18:25, 25:21, 22:25, 25:23, 8:15). Məğlubiyyətə baxmayaraq, milli komandamız turnirin qalibi olmaq şansını itirməyib. Bundan ötrü xanım voleybolçularımız bu gün Kuba, iyunun 30-da isə Rusiya ilə görüşdə uğurlu oyun göstərməlidirlər.
Reqlamentə əsasən, yığmamız qrupda 1-ci və 2-ci yeri tutacağı təqdirdə, yarımfinala adlayacaq. Yarış iyulun 2-də başa çatacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0