Özündən 35 yaş kiçik qadını güllələyən hakim intihar etdi - FOTO
06.07.2009 - 18:16
Türkiyənin Mersin şəhərində ölüm faktı qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı voleybol hakimi Kamil Kaçamaklı özündən 35 yaş kiçik qadın həmkarı Didar Haytanı qətlə yetirib.
Öncə tərəflər arasında Kaçamaklının evinin qarşısında mübahisə yaranıb. Daha sonra Kamil gənc xanımın saçından tutaraq, evə salıb və onu tapançadan açdığı 2 atəşlə öldürüb. Ardından Kaçamaklı heç nə olmamış kimi küçəyə çıxıb. Bunu görən sakinlər dərhal polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarının gəldiyini bilən Kamil evində gizlənib. Polislər ev sahibindən qapını açmağı tələb etsə də, bu çağırışlara məhəl qoyan tapılmayıb. Əlacsız qalan polislər qapını sındırmaq qərarına gəliblər və elə bu vaxt Kaçamaklı tapança ilə öz başına bir güllə vuraraq, intihar edib.
Cinayətin motivi bilinməsə də, Didar Haytanın tez-tez Kaçamaklının evinə gələrək, onunla görüşdüyü bildirilir.

0
0