Yığmamızın liderinə Bakıya gəlməyə bilet pulu vermirlər
14.07.2009 - 18:29
Yığmamızın liderinə Bakıya gəlməyə bilet pulu vermirlər
Rusiyanın Perm şəhərini təmsil edən “Ural-Qreyt” klubunun azərbaycanlı basketbolçusu Aleksandr Rındin problemlə üzləşib. Lent.az-ın məlumatına görə, “Ural-Qreyt” rəhbərliyi Rındinə Permdən Bakıya gəlmək üçün bilet pulu vermir.

Bu haqda basketbol agenti Vadim Kuznetsov “Newsweek”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, iyunda evlənən Azərbaycan milli komandasının lideri artıq 3 həftədir evinə gedə bilmir. Perm klubunun rəhbərliyi Rındinə hətta bilet pulu ödəməkdən də imtina edir.

Qeyd edək ki, ciddi maliyyə problemləri ilə üzləşən “Ural-Qreyt”in rəhbərliyi 2008-ci ilin dekabrından komanda üzvlərinin əmək haqqını verə bilmir. Klub prezidenti Andrey Aqişevlə əlaqə saxlamaq isə müşkülə çevrilib.
0