Yığmanın 4 üzvü İspaniyadan siyasi sığınacaq istədi
20.08.2009 - 15:51
Ötən həftə İspaniya və Kubanın milli basketbol komandaları arasında keçirilən yoldaşlıq oyunundan sonra itən amerikalılar üzə çıxıb. Apasport.az saytının məlumatına görə, Kanar adalarında keçirilən matçdan sonra vətənə dönən kubalılar yığmanın 4 üzvünün yoxluğunu hiss edib. Komandanın geriyə dönməsindən 5 gün sonra üzə çıxan basketbolçular İspaniyadan siyasi sığınacaq istəyib. İspaniya Daxili İşlər Nazirliyi 30 gün ərzində kubalıların müraciətini cavablandırmalıdır. Hələlik isə basketbolçular Las-Palmasda məskunlaşıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0