“Levski”nin 4 üzvü Azərbaycanda - FOTO
27.08.2009 - 13:13
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının baza klubu “Azərreyl” və son ölkə çempionu “Rabitə” heyətlərini gücləndirib. Apasport.az saytının məlumatına görə, adıçəkilən komandalar Bolqarıstan “Levski”sindən 4 oyunçunu transfer edib.
Bolqarıstan mətbuatının yaydığı xəbərdə bildirilir ki, “Levski”də çıxış etmiş Lyubka Debrlieva və Tanya Sbkova bundan sonra karyerasını “Azərreyl”də davam etdirəcək. Eyni klubun digər iki voleybolçusu Kremena Kamenova və Tsvetelina Zarkova isə “Rabitə”yə keçib. Zarkova öncə Almaniyada - “Filzbiburq”da legioner həyatı yaşayıb.
Bundan başqa, bolqarıstanlı kişi voleybolçu İvan Tasev Bakının “Azərneft” klubu ilə müqavilə bağlayıb.

0
0