“Təbrik edirəm, düddülü”
29.08.2009 - 12:36
“Təbrik edirəm, düddülü”
Bakının qadınlardan ibarət ABU həndbol klubu Ukraynanın Zaporojye şəhərində təşkil olunan beynəlxalq turnirdə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz 5 kollektiv arasında 4-cü yerlə kifayətlənib.

Ukrayna çempionu “Smart” (Krivoy Roq), “Universitet-Dnepryanka” (Xerson, Ukrayna), SK Zİİ (Zaporojye, Ukrayna) və BNTU-BelAZ (Minsk, Belarus) klublarının da qatıldığı yarışda ABU 3 dəfə məğlubiyyətlə üzləşib. Həndbolçularımız ən böyük hesablı məğlubiyyət acısını “Smart”la görüşdə dadıblar - 19:43. Təsəllimiz isə yekun cədvəldə “Universitet-Dnepryanka”nı qabaqlamaq olub.

Bu turnir ABU üçün Avropa Həndbol Federasiyası kubokunun ikinci mərhələsinə hazırlıq xarakteri daşıyırdı.
0