Azərbaycan yığması Slovakiyanı məğlub etdi
26.09.2009 - 19:15
Azərbaycan yığması Slovakiyanı məğlub etdi
Bu gün qadın voleybolçular arasında 26-cı Avropa çempionatının final mərhələsində II turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Polşada təşkil olunan yarışın iştirakçıları sırasında olan Azərbaycan yığması da mübarizə apardığı D qrupunda Bakı vaxtı ilə saat 18:00-da növbəti qarşılaşmasına çıxıb.

Oyunlarını Katovitse şəhərində keçirən Faiq Qaryevin yetirmələri Slovakiya ilə üz-üzə gəlib. İlk matçında Serbiya önündə aciz qalan (0:3) voleybolçularımız növbəti mərhələ şanslarını qoruyub saxlamaq üçün bu gün uduzmamalıdır. Çünki yığmamız kimi, ilk matçda uduzan Çexiyanın da serb xanımlara uduzacağı halda, qrupumuzda son tur formal xarakter daşıya bilər. II tur ərəfəsində Serbiya və Slovakiya 2, Azərbaycan və Çexiya milliləri 1 xala malikdir.

Azərbaycan - Slovakiya - 3:2
Milli komandamız mübarizəni davam etdirmək üçün vacib qələbə qazanıb. Voleybolçularımız ilk seti qələbəylə başa vursalar da, çexlər hesabı bərabərləşdiriblər. Üçüncü setdə yığmamız yenidən hesabda önə çıxıb. Anca bu dəfə də rəqib tarazlığı bərpa edə bilib - 2:2. Tay-breykdə isə komandamız çətin qələbə qazanıb -15:12

Millimiz sabah qrupda son oyununu Çexiyaya qarşı keçirəcək.
0