Dünyanın ən gözəl idmançısı: Azərbaycanlılar bizə əziyyət verdilər
30.09.2009 - 10:17
Dünyanın ən gözəl idmançısı: Azərbaycanlılar bizə əziyyət verdilər
Qadın voleybolçular arasında Polşada keçirilən Avropa çempionatında Azərbaycan milli komandasını məğlub edən İtaliya yığması ciddi çətinliklə üzləşib.

Apasport.az saytının məlumatına görə, apenninlilərin liderlərindən olan Françeska Piççinini millimizlə görüşdən sonra oyunla bağlı fikirlərini açıqlayıb. Dünya idmanının ən gözəl xanımlarından biri olan voleybolçu 3:0 hesabı ilə qalib gəldikləri matçda Faiq Qarayevin yetirmələrinin onları ciddi əziyyətə saldıqlarını bildirib: “Azərbaycan yığması ilə oyun heç də asan olmadı. Rəqib bizi çox əziyyətə saldı. Düzdür, blokda və müdafiədə həmişə olduğu kimi, yaxşı oynadıq. Lakin oyunumuzun elə elementləri var ki, onların üzərində işləməliyik. Qarşımıza qoyulan minimum vəzifənin – yarımfinala çıxmağın öhdəsindən gəlmək üçün bunu etməliyik”.

Qeyd edək ki, italiyalılar yalnız üçüncü setdə asanlıqla qalib gəlib – 29:27, 25:23, 25:13.
0